Bank Of Baku

Ötən ay 65 min avtomobil icbari sığortaya cəlb olunub

Ötən ay 65 min avtomobil icbari sığortaya cəlb olunub
# 01 dekabr 2016 07:59 (UTC +04:00)

2016-cı ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

 

İSB-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ay ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub. 2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma müşahidə edilib. Noyabr ayında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR