Bank Of Baku

Ötən ay “İnvest-AZ İnvestisiya Şirkəti” 32 mln manata yaxın əməliyyat həyata keçirib

Ötən ay “İnvest-AZ İnvestisiya Şirkəti” 32 mln manata yaxın əməliyyat həyata keçirib
# 11 fevral 2016 06:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “İnvest-AZ İnvestisiya Şirkəti” QSC təkcə yanvar ayı ərzində 31 mln. 604 min manatlıq əməliyyat həyata keçirib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, renkinq repo əməliyyatlar və TMA bazarı istisna olmaqla, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanıb.

 

“Bakı Fond Birjası brokerlərin 2016-cı ilin yanvar ayı üçün olan renkinqini açıqlayıb. Birjanın analitik departamentinin hesablamalarına əsasən xidmətlərin həcminə görə “İnvest-AZ İnvestisiya Şirkəti” QSC renkinq cədvəlinə başçılıq edir”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə investisiya fəaliyyəti ilə məşğul olmaq üçün müddətsiz lisenziya verilib. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR