Bank Of Baku

Ötən ay Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanıb

Ötən ay Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanıb
# 03 iyul 2015 07:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanıb.

 

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43%-i yaşayış evləri və mənzillər, 1,45%-i inzibati binalar, 17,12%-i isə digər daşınmaz əmlakla bağlı olub.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50% sığorta haqlarının məbləğində 2,4 dəfə artım müşahidə edilib.

 

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində 67 112 sığorta müqavilə bağlanılıb və bu müqavilələr üzrə sığorta haqları 17,9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarının məbləğində isə 2 dəfə artım müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR