Bank Of Baku

Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 130 mln. manatdan artıq vergi daxil olub

Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 130 mln. manatdan artıq vergi daxil olub
# 10 aprel 2015 12:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics.  Bu ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 132 mln. 416,36 min manat həcmində vergi daxil olub.

 

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 mln. 456,78 min manat və ya 0,07% azalıb. Ötən ayla müqayisədə isə bu rəqəm 2,51% çoxdur.  

 

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 47 mln. 386,16 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 75 mln. 670,39 min manat, aksizlər üzrə 7 mln. 597,1 min manat, yol vergisi üzrə isə 1 mln. 762,71 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR