Bank Of Baku

Ötən il “Azərenerji” gəlirləri 25% artıb

Ötən il “Azərenerji” gəlirləri 25% artıb
# 26 aprel 2018 11:22 (UTC +04:00)

2017-ci ili “Azərenerji” ASC-nin 602,873 min manat zərərlə başa vurub.

 

APA-Economics”in “Azərenerji”nin konsolidə edilmiş hesabatına istinad verdiyi məlumata görə, şirkətin ötən il gəlirləri 25,08% artaraq 1 mlrd. 13 mln. 336 min manat olub. “Azərenerji”nin 2017-ci ildə enerji satışından gəlirləri 1 mlrd. 10 mln. 337 min manat, elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 2 mln. 999 min manat təşkil edib.  

 

Hesabat dövründə “Azərenerji”nin aktivləri 15% azalaraq 3 mlrd. 652 mln. 924 min manat təşkil edib. Hesabat dövründə qurumun uzunmüddətli aktivləri 3 mlrd. 4mln. 174 min manat, qısamüddətli aktivləri isə 648 mln. 750 min manata bərabər olub.

 

ASC-nin öhdəliklərinə gəlincə, 2016-cı ildə 2 mlrd. 856 mln. 331 min manata qarşı, 2017-ci ildə 2 mlrd. 632 mln. 686 min manat olub.

 

2016-cı il ilə müqayisədə 2017-ci ildə “Azərenerjinin” cəmi kapitalı 29,23% azalaraq 1 mlrd. 20 mln. 238 min manat təşkil edib. Qurumun nizamnamə kapitalı 2016-cı ildə olduğu kimi qalıb – 1 mlrd. 760,495 min manat.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR