Bakı. Viktoriya Dementyeva - APA-Economics. Ötən il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 2011-ci illə müqayisədə 21,5% artaraq 1 mlrd. 260,4 mln. dollar təşkil edib.
“APA-Economics”in xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika Xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, 2011-ci ildə bu göstərici 1,037 mlrd. dollar olub. Bununla da Azərbaycan 2011-ci ildə olduğu kimi, 2012-ci ildə də Gürcüstanın üç ən böyük ticarət tərəfdaşı olub. Birinci yerdə Türkiyə, üçüncü yerdə Ukrayna gəlir.
Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi ötən il 21,9% artaraq 519 mln. 612,9 dollar təşkil edib.