2016-cı ilin dekabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən ipoteka krediti verilməyib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əvvəlki 7 ayda olduğu kimi dekabrda da banklar tərəfindən ipoteka kreditləri verilməyib. Bununla belə, ötən il banklar tərəfindən 1,1 mln. manatlıq ipoteka krediti verilib.
Ötən ilin sonuncu ayında dövlət büdcəsindən AİF-ə 4,9 mln. manat ayrılıb. Bununla da, ötən il ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 51,1 mln. manata çatıb.
Ötən ilin dekabr ayında AİF 0,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Ötən il Bakı Fond Birjasında AİF-in istiqrazları yerləşdirilməyib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin yanvarın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 41 118,4 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,69%, aylıq ödəniş isə 296,5 manat təşkil edib.