Bank Of Baku

Palata: Sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməsi üçün səkkiz müraciət daxil olub

Palata: Sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməsi üçün səkkiz müraciət daxil olub
# 13 iyun 2016 11:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməsi üçün 8, icazələrin verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 6 müraciət daxil olub.


"APA-Economics"in sorğusuna cavab olaraq Palatadan bildirilib ki, hazırda bu müraciətlərə baxılır.

 

Palatadan o da bildirilib ki, Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə 1 hüquqi şəxs və 131 fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsi müvafiq dövr üzrə hesabatı təqdim etmədiklərinə görə 3 ay müddətinə dayandırılıb: “40 nəfər fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş hallar qanunvericiliklə müəyyən edilmiş müddətdə aradan qaldırılmadığından Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə həmin şəxslərin lisenziyaları ləğv edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR