Bank Of Baku

Pirotexniki məmulatların qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb

Pirotexniki məmulatların qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb
# 13 dekabr 2016 08:15 (UTC +04:00)

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə "Arçi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib və itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətidən "APA-Economics"ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məmulatı əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə gələn digər Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinin hər dörd qapısının içərisindəki boşluqlardan isə 2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR