Bank Of Baku

Prezident 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunun tətbiqi barədə sərəncam imzalayıb

Prezident 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunun tətbiqi barədə sərəncam imzalayıb
# 26 dekabr 2017 13:05 (UTC +04:00)

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb.

 

"APA-Economics" xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və prezident aktlarının "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir.


Bundan başqa, Nazirlər Kabinetinə həvalə olunub ki, onun normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat versin.

 

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR