Bank Of Baku

Prezident Azərbaycan və Belarus gömrük komitələri arasında imzalanan protokolu təsdiqləyib

Prezident Azərbaycan və Belarus gömrük komitələri arasında imzalanan protokolu təsdiqləyib
# 15 fevral 2017 16:04 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, dövlət başçısı Dövlət Gömrük Komitəsinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etməyi, Xarici İşlər Nazirliyi isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərməyi tapşırıb.

 

Qeyd edilib ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol  2016-cı il noyabrın 28-də Bakıda imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR