Bank Of Baku

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Moldovanın Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Moldovanın Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb
# 23 oktyabr 2014 15:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Moldovanın Maliyyə Bazarları üzrə Milli Komissiyasının sədr müavini Nina Doskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

APA-Economics” komitəyə istinadən xəbər verir ki, QKDK-nın sədr müavini İlqar Muradov deyib ki, Azərbaycan və Moldovanın kapital bazarları institutları arasında birgə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün geniş potensial mövcuddur. Sədr müavini tərəflərin Anlaşma Memorandumu ilə müəyyən edilmiş yardım və məlumat mübadiləsinə dair öhdəliklərinin gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

 

Moldovanın Maliyyə Bazarları üzrə Milli Komissiyasının sədr müavini Nina Doska Anlaşma Memorandumunun imzalanmasının tərəflər arasında qiymətli kağızlar bazarı üzrə tənzimləyici bazanın inkişafının stimullaşdırılması, ikitərəfli təcrübə mübadiləsinin genişləndirilməsində və qiymətli kağızlar bazarlarına dair əməkdaşlığın gələcək inkişafında mühüm rol oynayacağını söyləyib.

 

Sonra QKDK və Moldova Respublikasının Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR