Bakı - APA-Economics. Azərbaycanın «Unibank» ASC «Albalı» kartlarının sahiblərinə Qurban Bayramı günlərində - oktyabrın 15-16-da tərəfdaş mağazalardan 3 və daha yuxarı taksitlə olan hər bir alış-veriş və xidmət üçün «Unibank»dan əlavə bir taksit hədiyyə edəcək.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, məsələn, 3 taksitlə alınan malın qiymətini 4 aya bərabər hissəyə ödəmək imkanı veriləcək.
«Albalı» kartını bankın istənilən filialından pulsuz almaq mümkündür. İki il müddətli bu kartın maksimal limiti 3 000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür. Kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp).
«Unibank» «Albalı» istifadəçiləri üçün «Facebook» üzərindən unikal və eksklüziv platforma yaradıb. Hər gün yüzlərlə «Albalı» istifadəçisi «Qoşul! Fərqlən! Faydalan!» eksklüziv platformasına qoşularaq, yığdıqları balları hədiyyələrə çevirə biləcək. Qurban Bayramının sonunadək «Qoşul! Fərqlən! Faydalan!» platformasında qeydiyyatdan keçənlərə bankdan 100 bal hədiyyə edilir.