"2016-cı il ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün çətin olub və bank sektoru da kənarda qalmayıb". "APA-Economics" xəbər verir ki, bunu "Bank VTB (Azerbaycan)" ASC-nin Müşahidə Şurasının sədri Mixail Osiyevski "Financeinfo" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bankın məcmu kapitalı prudensial tələblərə cavab verir və hazırda 50 mln. manatdan çoxdur: "2016-cı ilin yayında Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əldə olunan razılığa əsasən biz 110 mln. manatlıq kapitallaşma həyata keçirdik".
Sədr əlavə edib ki, cari ilin sonunadək bank kapitalını daha da artırmağı planlaşdırır.