Bakı. Anaxanım Hidayətova – APA-Economics. Rusiya Dövlət Duması “Gəlirlərə və əmlaka ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Rusiya və Ermənistan arasında imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında protokolu ratifikasiya edib.
“APA-Economics”in “Armenia Today”ə istinadən xəbərinə görə, protokol ötən il Moskvada imzalanıb.
Sənədin məqsədi vergi nəzarətinin effektivliyini artırmaq və vergi ödənişləri zamanı sui-istifadə hallarını qarşısını almaqdır.