Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə "Heimann X-Ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində "MP 654K Cal. 4.5 mm" yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.