Bank Of Baku

Rusiyadan Azərbaycana qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb
# 29 oktyabr 2016 08:56 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı  mübarizə şöbəsinə daxil olan məlumat əsasında  Rusiyadan “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi  “Mersedes  Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd  mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR