Bank Of Baku

Rusiyaya gedən vətəndaşdan külli miqdarda güclü təsirə malik dərman aşkar edilib

Rusiyaya gedən vətəndaşdan külli miqdarda güclü təsirə malik dərman aşkar edilib
# 09 oktyabr 2017 14:07 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində cəmi 348 kapsul "Tramadol 50 mq" adlı dərman preparatı aşkar edilib.

 

Xatırladaq ki, tramadol Azərbaycanın 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR