Bank Of Baku

Şahin Mustafayev Çili səfiri ilə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edib

Şahin Mustafayev Çili səfiri ilə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edib
# 29 yanvar 2018 15:45 (UTC +04:00)

İqtisadiyyat naziri Şahin Mustafayev Çilinin Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfiri Xose Manuel Silvanı qəbul edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Ş. Mustafayev səfir təyin olunması münasibəti ilə diplomatı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

 

Görüşdə Azərbaycan və Çili arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib. İqtisadiyyat naziri ölkədə yaradılan əlverişli biznes və investisiya mühitinə dair məlumat verərək, bir sıra sahələrdə, xüsusilə şərab istehsalı, mədənçilik sahələrində birgə layihələrin icra oluna biləcəyini vurğulayıb.

 

Görüşdə həmçinin, Azərbaycan və Çili arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında müqavilə hüquq bazasının təkmilləşdirilməsi, sahibkarlar arasında əlaqələrin qurulması və s. məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR