Bank Of Baku

Şaiq Ələkbərov: “Muğanbank” mənfəətini ehtiyatların yaradılması yönəldir

Şaiq Ələkbərov: “Muğanbank” mənfəətini ehtiyatların yaradılması yönəldir
# 25 noyabr 2016 11:48 (UTC +04:00)

“İlin sonuna qədər böyük məbləğdə mənfəət əldə etməyi proqnozlaşdırmırıq”.

 

Bunu “APA-Economics”ə açıqlamasında “Muğanbank”ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov deyib.

 

Onun sözlərinə görə, bankın əldə etdiyi gəlirlər, o cümlədən ilin sonuna formalaşan mənfəət əsasən əlavə ehtiyatların yaradılmasına yönələcək.

 

Ş Ələkbərov ekspertlərin kiçik bankların hesabatlarının yoxlanılması ilə bağlı fikrinə münasibət bildirərək qeyd edib ki, bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası bankların fəaliyyətinə ciddi nəzarət edir. “Hesabatlarda hər hansı formada dəyişikliyə yol verilməsi mümkün deyil. “Muğanbank”ın yaydığı hesabatlar reallığı əks etdirir və bu kifayət qədər nəzarətdə olan bir mexanizmdir. Bu gün qədər heç bir təhrif olunmuş informasiya yerləşdirməmişik, bundan sonra da yerləşdirməyəcəyik”. 

 

Bankın gələcək strategiyasından danışan Ş. Ələkbərov “Muğanbank”ın əsas seqmentinin müştəri bazası ilə, əsasən də pərakəndə, o cümlədən kiçik və orta sahibkarlıq biznesi ilə çalışmaq olduğunu vurğulayıb: “Əsasən bu istiqamətlərdə maliyyə dəstəyi, yerli istehsalla məşğul olan müəssisə və təşkilatların maliyyələşməsinə dəstək olub birgə iqtisadiyyatımıza töhfə verməyi düşünürük”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR