Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Milli Məclisin növbədənkənar iclasında Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, dəyişiklik Azərbaycanda maliyyə sanksiyalarından əldə olunan vəsaitdən vergi orqanları işçilərinə verilən vəsaitin məbləğinin 2 dəfə artırılması ilə bağlıdır.
Dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25%-dir.
Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.