Bank Of Baku

Şəmsəddin Hacıyev: “2015-ci ildən neftin qiyməti yüksələcək”

Şəmsəddin Hacıyev: “2015-ci ildən neftin qiyməti yüksələcək”
# 05 noyabr 2014 15:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin büdcə zərfində neftin 1 bareli 90 dollardan götürülüb. Neftin qiymətinin aşağı enməsi fonunda 90 dollar göstərilməsi problemli məsələ deyil.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Milli Məclisin altı komitəsinin iştirakı ilə 2015-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

 

O, bildirib ki, 2015-ci ilin birinci yarasından başlayaraq dünyanın bir çox ölkələrində iqtisadi artım başlayacaq. “İqtisadi artım isə neftə olan tələbatı artıracaq. Nəticədə isə neftin qiyməti yüksələcək”, - deyə Ş. Hacıyev bildirib.

 

“Ən pis halda neftin qiyməti 90 dollardan 10-15 dollar aşağı olsa belə, gəlir və xərclərin yerinə yetirilməsində problemlər olmayacaq. Çünki ehtiyat mənbələri kifayət qədərdir. 2015-ci ilin dövlət büdcəsi dövlətin inkişafının təmin olunmasında yeni dövr olacaq və qarşıya qoyulan yeni hədəflərə nail olacağıq”, - deyə Ş. Hacıyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR