Bank Of Baku

Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Azərbaycana gəlir

Səudiyyə Ərəbistanının ticarət və sənaye naziri Azərbaycana gəlir
# 07 may 2015 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forumun mayın 15-də Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tavfig Favzan Alrabiahın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nəzərdə tutulur

 

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq. Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100-dən artıq Səudiyyə Ərəbistanı şirkətinin iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, tədbir Heydər Əliyev Mərkəzində baş tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR