Bank Of Baku

Sığortaçılar bu il 323 mln. manat toplayıb

Sığortaçılar bu il 323 mln. manat toplayıb
# 11 sentyabr 2017 14:10 (UTC +04:00)

2017-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri tərəfindən 322 mln. 830,059 min manat sığorta haqqı toplanıb.


Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin  həcmi  144 mln. 8,84 min manat təşkil edib.


Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR