Bank Of Baku

Sığortaçıların daxilolmaları 504,2 mln. manatı ötüb

Sığortaçıların daxilolmaları 504,2 mln. manatı ötüb
# 18 dekabr 2017 12:45 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 504 mln. 234,798 min manat sığorta haqqı toplanıb.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics" xəbər verir ki, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 230 mln. 880,320 min manat təşkil edib.


Cari ilin ilk 11 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının  45,79 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,61 manat olub.


Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,96 mln. manat artaraq 335,764 mln. manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 13,688 mln. manat artaraq 179,720 mln. manata yüksəlib.


Cari ilin müvafiq dövrü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67%-i könüllü, 33%-i icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin isə 78 %-i könüllü, 22%-i icbari sığorta növlərinin payına düşüb.


2017-ci ilin yanvar-noyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR