Bank Of Baku

Sintetik narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb

Sintetik narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb
# 06 sentyabr 2017 07:50 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları sintetik narkotik vasitənin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Tehran-Bakı aviareysi ilə gələn İranın vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və onun çantası yoxlanılıb.

 

Yoxlama zamanı çantada olan siqaret qutusunun içərisindəki 7 ədəd siqaretin tütünü boşaldılıb və tütünün arasında 7 həb qırıntısı aşkar edilib. Qırıntılar birləşdirildikdə isə onların üzərində "M 40" yazılmış cəmi 3 ədəd həbdən ibarət olduğu müəyyən edilib.

 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan 7 həb qırıntısı sintetik narkotik vasitə - metadon dərman preparatıdır və onun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR