Bank Of Baku

Son 18 ildə Türkiyə Azərbaycana 2 mlrd. dollara yaxın investisiya yatırıb

Son 18 ildə Türkiyə Azərbaycana 2 mlrd. dollara yaxın investisiya yatırıb
# 30 oktyabr 2014 08:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 1995-ci ildən 2013-cü ilə qədər Türkiyədən Azərbaycana 1,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.

 

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.

 

Onun sözlərinə görə, 2013-cü ilə qədər Azərbaycan Türkiyəyə 5 mlrd. dollar həcmində investisiya yatırılıb.

 

Nazir müavini qeyd edib ki, bu gün qardaş ölkədə 1 500-dək Azərbaycan şirkəti fəaliyyət göstərir.

 

O, Türk şirkətlərini Azərbaycanda daha da sıx işləmələrini və ixrac potensiallarını artırılmalı olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR