Bank Of Baku

Son 12 ildə Azərbaycanda vergi daxilolmaları 12 dəfə artıb

Son 12 ildə Azərbaycanda vergi daxilolmaları 12 dəfə artıb
# 08 fevral 2013 09:54 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Son 12 ildə Azərbaycanda vergi daxilolmalarının həcmi 12 dəfəyə yaxın artıb. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov «Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda bu gün Bakıda keçirilən II Vergi Forumundakı çıxışında bildirib.

 

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı vergi sisteminin texnoloji cəhətdən modernləşdirilməsi, inzibati idarəetmənin keyfiyyətcə yaxşılaşdırılması və avtomatlaşdırılması qısa müddətdə vergi daxilolmalarına da öz müsbət təsirini göstərib.

 

Nazir qeyd edib ki, 2000-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 2012-ci ildə 12 dəfəyə yaxın artıb və bu, Azərbaycan iqtisadiyyatında baş vermiş iqtisadi sıçrayışın bariz nümunəsi olmaqla bərabər, həm də mövcud iqtisadi sistemə adekvat vergi inzibatçılığının mövcudluğunun göstəricisidir: «Əlverişli investisiya mühitinin yaradılması və ölkədə iqtisadi fəallığın artması nəticəsində həmin dövrdə vergi ödəyicilərinin sayı 3 dəfədən çox artıb. Təkcə ötən il vergi ödəyicilərinin sayı əvvəlki ilə nisbətən 72 min artıb».

 

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev isə bildirib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər nəticəsində sənədə vergi ödəyicilərinin hüquqlarının qorunmasını və vergi inzibatçılığını təkmilləşdirən 100-dən artıq əlavə və dəyişiklik edilib. Onun sözlərinə görə, bu il Məcəlləyə ilk dəfə olaraq partnyorluq sazişi, vergi risklərinin idarə olunması, elektron audit kimi anlayışlar daxil edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR