Bank Of Baku

Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 21%-ə yaxın azalıb

Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 21%-ə yaxın azalıb
# 09 dekabr 2017 10:10 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2017-ci ilin noyabrın 1-nə 12 152,2 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3 667,8 mln. manat və ya 23,18% azdır.

 

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 681,3 mln. manat və ya ümumi həcminin 38,5%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 224,8 mln. manat və ya 20,73% azdır.

 

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

 

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 17,4%-lik payla “Ticarət və xidmət”, 8,8%-lik payla nəqliyyat və rabitə, 5,1%-lik payla sənaye və istehsal, 4,5%-lik payla “İnşaat və əmlak”, 3,7%-lik payla kənd təsərrüfatı və emal, 2,6%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR