Bakı. Musa Əhmədov – APA-Economics. Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,78 manat, 1 Avroya 0,98 manat, 100 Rusiya rubluna 1,71 manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, oktyabrla müqayisədə noyabrda manatın dollara məzənnəsi sabit qalıb. Müqayisə olunan dövrdə avronun məzənnəsi 2% ucuzlaşıb. Başqa sözlə, oktyabrda manatın 1 avroya orta məzənnəsi 1,00 manata bərabər olub.

Hesabat dövründə Rusiya rublunun dəyəri nəzərə çarpacaq dərəcədə zəifləyib. Belə ki, oktyabrda 100 Rusiya rublu 1,93 manat olubsa, noyabrda bu müvafiq olaraq 1,71 manat təşkil edib. Yəni, bir ayda Rusiya rublu 22 qəpik dəyərdən düşüb.

Ümumiyyətlə, son 1 ildə manatın dollara nisbətən orta məzənnəsində dəyişiklik olmayıb. Bu müddətdə manata nisbətən avro 7,5%, Rusiya rublu isə 28,75% dəyərdən düşüb. Başqa sözlə, əgər bir il əvvəl 1 avro 1,06 manat olubsa, indi 1 avro 0,98 qəpiyədir. 2013- cü ilin noyabr ayında 100 Rusiya rublu 2,40 manat idisə, indi 100 rubl 1,71 qəpiyə dəyişdirilir.
