Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin fevral ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 904 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 755,887 min manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 64,01%-i yaşayış evləri və mənzillər, 0,98% -i inzibati binalar, 35,01%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 56%, sığorta haqlarının məbləğində isə 80% faiz azalma müşahidə edilib.
Fevralda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 373, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 7 sığorta müqaviləsi bağlanılıb.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 21 960 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 8 178 manat təşkil edib.