Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin 7 ayında Naxçıvan Muxtar Respublikasında daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə artımlar müşahidə olunub.
“APA-Economics”in məlumatına görə, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin aparıcı mütəxəssisi Tural Şirəlizadə məlumat verib.
Belə ki, son 1 ildə Naxçıvanda verilən ipoteka kreditləri 2 mln. 770 min manat və ya 2,4 dəfə artaraq 4 mln. 734 min manata çatıb.
Bununla da, muxtar respublikada gənc sakinlərinin mənzilə olan tələbatlarının ödənilməsi məqsədilə verilmiş ipoteka kreditlərinin həcmi cəmi kreditlərdə 10%-lik paya malik olub.