Bank Of Baku

Son 1 ildə vergi orqanlarına müraciətlərin sayı azalıb

Son 1 ildə vergi orqanlarına müraciətlərin sayı azalıb
# 10 fevral 2017 15:18 (UTC +04:00)

2017-ci ilin yanvar ayı  ərzində vergi orqanlarına 7 145 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azdır.

 

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müraciətlərdən 97,6%-i ərizə, 2,2%-i şikayət, 0,2%-i təklifdir.

 

Müraciətlərin 45,9%-i müxtəlif arayışların alınması, 20,1 %-i kameral vergi yoxlamaları, 12,6%-i vergi borcları, 2,4% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4 %-i vergi qanunvericiliyinin tətbiqi, 1,3 %-i səyyar vergi yoxlamaları, 0,8 %-i işlə təmin olunma, 0,5 %-i qəbul, 0,3 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanları isə digər məsələlərlə bağlı olub.

 

Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4%-i müsbət həll olunub.

 

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 194 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR