Bank Of Baku

Tarif Şurası 10385 dərman vasitəsinin qiymətini təsdiqləyib

Tarif Şurası 10385 dərman vasitəsinin qiymətini təsdiqləyib
# 14 iyul 2017 22:22 (UTC +04:00)

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.


Tarif Şurasının Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib. Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR