Bank Of Baku

Təhlil: İstehlak kreditləşməsi Azərbaycan bank sektorunun ən sürətlə inkişaf edən seqmentidir

Təhlil: İstehlak kreditləşməsi Azərbaycan bank sektorunun ən sürətlə inkişaf edən seqmentidir
# 12 fevral 2013 14:04 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən həyata keçirilən kredit qoyuluşlarının ümumi həcmi 2013-cü il yanvarın 1-nə 12 720,5 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 770,2 mln. manat və ya 27,8% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə ötən ilin dekabr ayında kreditlər üzrə artım 678,1 mln. manat və ya 5,6% olub.

 

Yanvarın 1-nə vaxtı keçmiş kreditlərin həcmi 748,8 mln. manat təşkil edib ki, bu da ümumi portfelin 5,9%-nə bərabərdir. Vaxtı keçmiş kreditlərin həcminin 2012-ci ildə 18,2% artmasına baxmayaraq, bu kreditlərin xüsusi çəkisi 0,4 faiz bəndi azalıb.

 

Bankların kredit portfelində əsas yeri ev təsərrüfatlarına verilən kreditlər tutub. Belə ki, bu kreditlərin payına ümumi kredit portfelinin 33,9%-i düşür. Bundan sonra, ticarət və xidmət sahəsinə verilən kreditlər 20,8% malikdir. Ümumilikdə, istehlak kreditlərinin həcmi 2012-ci ildə 1 001,7 mln. manat və ya 30,2% artaraq 4 316,7 mln. manata çatıb. Beləliklə, istehlak kreditləri üzrə artım tempi ümumi kredit portfelinin artım tempindən çox olub. Həmçinin, kredit portfeli üzrə artım həcminin 36,2%-i məhz istehlak kreditlərinin payına düşür. Bu göstəricilər istehlak kreditləşməsinin Azərbaycan bank sektorunun ən sürətlə artan seqmenti olduğunu sübut edir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR