Bank Of Baku

Torpaq sahələrinin satışı sadələşdirilmiş vergiyə cəlb olunur

Torpaq sahələrinin satışı sadələşdirilmiş vergiyə cəlb olunur
# 14 dekabr 2016 12:56 (UTC +04:00)

"Torpaq sahələrinin satışı əməliyyatlarının rəsmiləşdirilməsi zamanı bu əməliyyatdan yaranan vergi öhdəliyinin notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb ediləcək". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.


Nazir bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur: "Məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahələrinin satışı ümumi qaydada mənfəət və gəlir vergisinə cəlb edilir. Bu əməliyyatların rəsmiləşdirilməsi zamanı qiymətlərin düzgün göstərilməməsi, alış və xərc sənədlərinin olmaması bu torpaqları təqdim edən şəxsin vergi öhdəliyinin dəqiq müəyyən edilməsində çətinliklər yaradır. Bu məqsədlə torpaq sahələrinin sadələşdirilmiş qaydada vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar layihəyə daxil edilib".

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR