Bank Of Baku

Türkiyə investorları yaxın iki ildə Azərbaycana sərmayələrini daha 1 mlrd. avro artıracaq - FOTO

Türkiyə investorları yaxın iki ildə Azərbaycana sərmayələrini daha 1 mlrd. avro artıracaq - <span style="color: red;">FOTO
# 22 fevral 2013 11:06 (UTC +04:00)

 

 Türk şirkətlərinin 2014-cü ilədək Azərbaycana yatırdığı sərmayələrin həcmi daha 1 mlrd. avro artaraq 4 mlrd. avroya çatacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı nəzdində olan Dünya Türk İş Şurası (DTİŞ) Avrasiya bölgə komitəsinin bu gün Bakıda keçirilən toplantısında bildirilib. Qeyd edək ki, DTİŞ xaricdə fəaliyyət göstərən bacarıqlı türk iş adamlarını toplamaqla türk lobbiçiliyinin daha da yaxşı fəaliyyəti istiqamətində təşəbbüslər həyata keçirir.

 

Toplantıda Avrasiya üzrə ən tanınmış türkiyəli iş adamları, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən türk iş adamları qatılıb. Tədbirdə xüsusi qeyd olunub ki, toplantıya qatılanlar eyni zamanda Azərbaycan üçün potensial sərmayəçidir. Türk iş adamları Azərbaycanda əməkdaşlıq üçün əsas sahələr kimi aqrar sektor, turizm, logistika və kiçik və orta sahibkarlığı görürlər. DTİŞ-in üzvü, Azərbaycan-Türkiyə İş adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün kiçik və orta sahibkarlığın inkişafı mühüm əhəmiyyət daşıyır.

 

Qeyd edilib ki, indiyədək Azərbaycanda 3 300-ə yaxın türk investisiyalı şirkət qeydiyyatdan keçsə də, onlardan 1 200-ü fəaliyyət göstərir, 950 şirkət isə xüsusilə fəaldır.

 

Toplantıda bildirilib ki, Azərbaycanın investisiya imkanları, türk investisiyalarının yatırılması və Azərbaycan və Türkiyə iş adamlarının üçüncü ölkələrdə həyata keçirə biləcəyi layihələr ötən gün DTİŞ nümayəndələrinin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşündə müzakirə edilib. Həmin görüşdə Azərbaycanda yaradılan xüsusi sənaye zonaları və burada investorlar və iş adamları üçün yaradılacaq şərait barədə məlumat verilib.

 

DTİŞ üzvləri Azərbaycan və Türkiyənin iş adamlarının üçüncü ölkələrdə birgə layihələr reallaşdırmasının əhəmiyyətini də vurğulayıblar. Artıq bu layihələrdən biri qonşu Rusiyada başlayıb. Rusiyanın Humanitar Akademiyasında Azərbaycanın təhsil sisteminin təmsilçiləri və Türkiyənin Anadolu Universiteti insan qaynaqları layihəsinə start verib. Gələcəkdə bu layihələrin digər ölkələrdə də həyata keçirilməsi imkanları müzakirə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR