Bank Of Baku

Türkiyə lirəsi tarixi minimumu yeniləyib

Türkiyə lirəsi tarixi minimumu yeniləyib
# 19 avqust 2015 15:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Türkiyənin milli valyutası lirənin dollara nəzərən məzənnəsi tarixi minimumu yeniləyib.

 

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına gedəcəyini gözlədikləri ilə bağlı açıqlamasından sonra 1 dollar 2,93 lirəyədək yüksəlib.

 

Məhz bu açıqlamadan sonra dünən qeydə alınan 1 dollar 2,90 lirəlik rekord təzələnib.

 

Qeyd edək ki, paralel olaraq artan avro da 3,21 lirə sərhədini keçib. İndi 1 avro 3,2156 lirəyə bərabərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR