Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Yaşar Muradovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təkrar yoxlama zamanı Y. Muradova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.
Faktla bağlı araşdırma aparılır.