Bank Of Baku

Türkiyədən Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb

Türkiyədən Azərbaycana soyuq silah keçirmək istəyən şəxs saxlanılıb
# 12 aprel 2016 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasındakı telefon qutusunun içindən 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR