Bank Of Baku

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının növbəti sessiyası başa çatıb

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının növbəti sessiyası başa çatıb
# 08 dekabr 2016 14:17 (UTC +04:00)

Moskva şəhərində dekabrın 5-dən keçirilən Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyası başa çatıb. 

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

 

Sessiyada İqtisadi Rəqabət Paketi və Gəlirlər Paketinin 3-cü mərhələsi üzrə Fəaliyyət Planları, Özəl Sektor üzrə Məşvərət Qrupunun görüşünün nəticələri, Potensialın Gücləndirilməsi, Uyğunluq və Nəzarət, həmçinin Rəqəmsal Gömrük üzrə hesabatlar, elektron kommersiya, ticarətin sadələşdirilməsi, təhlükəsizlik üzrə təşəbbüs, fəaliyyətin qiymətləndirilməsi, gömrük-vergi əməkdaşlığı və qanunsuz maliyyə axınlarına qarşı mübarizəyə dair məsələlər müzakirə edilib.

 

Sessiyada Harmonik Sistem üzrə Komitənin qərarlarına dair qeyd-şərtlər, 2016-2018-ci illər üçün Strateji Plan, 2017-2018-ci maliyyə ili üçün büdcə Proqramı, ÜGT-nin regional qurumlarının statusu ilə bağlı müzakirələr də aparılıb.

 

Dekabrın 7-də sessiyanın yekun iclasında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Gömrük Xidməti arasındakı əməkdaşlıq əlaqələri barədə məlumat verib. ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyi, eləcə də qurumun Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakı şəhərində fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu”nun bütün dövlətdaxili proseduralardan keçdiyini bildirən  DGK sədri bu ofisdə fəaliyyət göstərən əcnəbi gömrük əməkdaşlarına bütün beynəlxalq imtiyaz və immunitetlərin verildiyini xüsusilə vurğulayıb.  

 

Bundan başqa, A. Əliyev iclasda ÜGT-nin Siyasi Komissiyasına seçkilərlə bağlı Avstraliya Gömrük Xidmətinin qaldırdığı məsələ ilə əlaqədar ayrıca çıxış edərək münasibətini bildirib. 

 

Son 20 ildə Ümumdünya Gömrük Təşkilatında keçirilən seçkilərdə qeyri-müəyyən məqamların müşahidə edilməsindən təəssüfləndiyini söyləyən A.Əliyev ÜGT-nin  seçki məsələlərində normal reqlamentinin olmadığını deyib. Seçkilər zamanı ÜGT-nin bəzi üzvlərinin öz imtiyazlarından sui-istifadə etdikləri, digər üzv ölkələrə qarşı haqsızlığa yol verildiyini vurğulayan komitə sədri gələcəkdə bu kimi halların təkrarlanmayacağına ümid etdiyini bildirib.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR