Bu gün Milli Məclisin plenar iclasında Vergi Məcəlləsinə və “Reklam haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.
"APA-Economics" xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Vergi Məcəlləsinin 102.1.13-cü maddəsində və “Reklam haqında” qanunun 32.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” sözü “maliyyə bazarlarına nəzarət orqanı” sözü ilə əvəz edilib.
Layihə səsə qoyularaq qəbul edilib.