Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 29 noyabr tarixinə vergi borcu olduğuna görə 456 şəxsin ölkədən çıxması qadağan edilib.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.