Bank Of Baku

Vergilər Nazirliyində BVF-nin nümayəndələri ilə görüş keçirilib

Vergilər Nazirliyində BVF-nin nümayəndələri ilə görüş keçirilib
# 05 mart 2013 14:35 (UTC +04:00)

 

Bakı – APA-Economics. Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə vergilər nazirinin birinci müavini Natiq Əmirov son dövrlərdə Azərbaycanın vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar, BVF ilə yaradılmış işgüzar əlaqələr barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda dayanıqlı, çevik, şəffaf və sabit bir vergi sisteminin qurulması, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə, vergi daxilolmalarının nəzərəçarpacaq dərəcədə artmasına zəmin yaradıb.

 

Fondun Azərbaycan üzrə missiya rəhbəri R.Almarzoqi ölkədə vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

 

Görüşdə ötən ilin gəlir göstəriciləri və 2013-2014-cü illər üçün proqnozlar, qeyri-neft sektoru gəlirlərini artırmaq məqsədilə son zamanlar irəli sürülən təşəbbüslər, Milli Məclis tərəfindən təsdiq edilmiş vergi tədbirləri və sənaye parklarında yerləşən şirkətlərin vergidən azad olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR