Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən yanvar ayında dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 745,598 mln. manat təşkil edib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 54,3%-i mənfəət vergisinin, 18,6%-i əlavə dəyər vergisinin, 8,3%-i fiziki şəxslərin gəlir vergisinin, 5,8%-i aksizlərin, 13%-i isə digər vergilərin payına düşüb. Qeyri-neft sektoru üzrə büdcəyə 304,253 mln. manat vəsait daxil olub.
Yanvarda respublika üzrə 8 530 vergi ödəyicisi qeydiyyata alınıb. Üiuitlikdə, 2011-ci il iyulun 1-dən cari ilin fevralın 1-dək 60 923 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. Cari ilin fevralın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 489 180 olub. Bu ilin yanvar ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2% təşkil edir.