Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin böyük hissəsi Avropa Birliyi ölkələrinin payına düşüb.
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında Azərbaycanın 2 550 252,38 min dollarlıq ümumi ticarət dövriyyəsinin 1 230 643,63 min dolları və ya 48,2%-i Avropa Birliyi, 289 794,99 min dolları və ya 11,4%-i MDB, 1 029 813,76 min dolları və ya 40,4%-i isə digər xarici ölkələrin payına düşüb.
Ötən ilin yanvar ayı ilə müqayisədə digər xarici ölkələrlə ticarət dövriyyəsi 55%, MDB ölkələri ilə ticarət əməliyyatları 14,9% artıb, Avropa Birliyi dövlətləri ilə ticarət dövriyyəsinin həcmi isə 22,6% azalıb.
Yanvar ayında MDB ölkələri ilə ticarət dövriyyəsində mənfi saldo 47 532,51 min dollar, Avropa Birliyi ilə müsbət saldo 793 877,99 min dollar, digər ölkələrlə müsbət saldo 548 820,24 min dollar təşkil edib.