Bakı. Anaxanım Hidayətova - APA-Economics. “Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsinin həcmi o qədər də yüksək deyil”. “APA-Economics”in xəbərinə görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Şusuke deyib.
Onun sözlərinə görə, Yaponiya Azərbaycanın neft sektoruna investisiya qoyuluşunu artırmaq və iqtisadi əlaqələri genişləndirmək niyyətindədir: “Azərbaycanda daha çox Yaponiya investisiyaları görmək istərdik. İqtisadi əlaqələrimizin inkişaf etdirilməsi çox vacibdir”.