Bank Of Baku

Yol qəzasında ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar vətəndaşa 10 min manat kompensasiya verilib

Yol qəzasında ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar vətəndaşa 10 min manat kompensasiya verilib
# 11 avqust 2015 06:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

 

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 2012-ci ilin oktyabrın 26-da saat 04 radələrində baş vermiş Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda yol-nəqliyyat hadisəsində ailə üzvlərinin vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına  10000 manat məbləğində kompensasiya verilib.

 

Kompensasiya ödənişi poçt vasitəsi ilə  10 avqust 2015-ci il tarixdə köçürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR