Bank Of Baku

Ziraat Bankası: Azərbaycanda daşınmaz əmlaka birgə investisiya yatırmaqla bağlı çalışmalarımız davam edir

Ziraat Bankası: Azərbaycanda daşınmaz əmlaka birgə investisiya yatırmaqla bağlı çalışmalarımız davam edir
# 10 avqust 2015 09:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Türkiyənin ən böyük banklarından olan “Ziraat Bankası” 2015-ci ilin II yarısı ilə bağlı planlarını açıqlayıb.

 

APA-Economics”in xəbərinə götə, “Ziraat Bankası”nın baş direktoru Hüseyin Aydın bununla bağlı açıqlama yayıb.

 

H.Aydın açıqlamasında “Ziraat Bankası”nın Azərbaycandakı fəaliyyətinə də toxunub. O bildirib ki, Azərbaycanda bank qurmaq istiqamətində işlər tamamlanıb və bank fəaliyyətə başlayıb.

 

“Azərbaycanda daşınmaz əmlaka ortaq investisiya yatırmaqda iştirak istiqamətində fəaliyyətimiz davam edir”, -deyə H. Aydın vurğulayıb.

 

Xatırladaq ki, “Ziraat Bankası”nın Türkiyədə 1734, 17 ölkədə 87 xidmət nöqtələri fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR