“Xəzər-Lada” ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Xəzər-Lada” ASC-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 12.6% azalaraq 440 min manat təşkil edib. 2021-ci ildə şirkət 503 min 506 manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 2021-ci illə müqayisədə 2.4 dəfə azalaraq 11 milyon 773.7 min manat, əməliyyat xərcləri isə 2.4 dəfə azalaraq 11 milyon 223.7 min manat təşkil edib. Beləliklə 550 min əməliyyat mənfəəti qazanıb ki, bu göstərici əvvəlki illə müqayisədə 12.6% azdır.
Ötən il “Xəzər-Lada” ASC kiçilib. Belə ki, 2022-ci ildə şirkətin cəmi aktivləri 5% və ya 711.8 min manat azalaraq 13 milyon 388,5 min manat təşkil edib. Eyni dövrdə şirkətin cəmi öhdəlikləri 16% və ya 711.3 min manat azalaraq 3 milyon 805.9 min manata bərabər olub.
2023-cü il yanvar ayının 1-nə şirkətin cəmi aktivləri 9 milyon 582,6 min manat təşkil edib.